Xəbər lenti

Azərbaycan millisi Vyetnama ulduzdu
Ölkə22:11 29.10.2026

Azərbaycan millisi Vyetnama ulduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 9-cu oyununda Vyetnamla qarşılaşıb.

Bu, 81-84-cü yerlər uğrunda yarımfinal görüşü olub. Millimiz görüşdən 2:4 hesabı ilə məğlub ayrılıb. Azərbaycan millisinin heyətində Murad Məmmədzadə və Yusif Əlizadə fərqləniblər.

Yığmamız bundan öncə Mozambiklə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev, Yusif Əlizadə fərqləniblər. Daha bir qolu isə Mozambik yığmasının futbolçusu öz qapısına vurub.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə C səbətində 19-cu yer, ümumi reytinqdə isə 83-cü yer uğrunda mübarizə aparacaq. Komandamız son oyununu 30 oktyabr saat 11:30-da Hövsan Yarış Kompleksində Əfqanıstan yığmasına qarşı keçirəcək.
Bizim.Media