Xəbər lenti

Mərkəzi Bankın keçmiş baş direktoru nazir müşaviri təyin edildi
Ekonomiks11:07 30.10.2026

Mərkəzi Bankın keçmiş baş direktoru nazir müşaviri təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş baş direktoru Vüqar Əhmədov yeni vəzifəyə təyin olunub.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Vüqar Əhmədov iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri təyin edilib.

Qeyd edək ki, Vüqar Əhmədov bu il avqustun 28-də öz ərizəsi ilə Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb.

Vüqar Əhmədov 2009-cu ildən Mərkəzi Bankda çalışıb. Müxtəlif illərdə qurumun Tədqiqatlar departamentində rəhbər vəzifələr tutub, 2013–2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru olub. O, 2017-ci ilin dekabrından 2026-cı ilin avqustunadək Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışıb.