Xəbər lenti

Kəmaləddin Heydərovdan yeni təyinat - Şabranda rəis dəyişdi
Ölkə17:37 30.10.2026

Kəmaləddin Heydərovdan yeni təyinat - Şabranda rəis dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Zaur Cəbrayılov tutduğu vəzifədən kənarlaşdırılıb.

Onun yerinə Novruz Quliyev təyin olunub.

Qeyd edək ki, Zaur Cəbrayılov 2021-ci ildən Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.

Aydın