Xəbər lenti

Danimarkanın Ukrayna üçün ayırdığı 71 milyon kron yoxa çıxdı
Dünya18:14 30.10.2026

Danimarkanın Ukrayna üçün ayırdığı 71 milyon kron yoxa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Danimarkanın Ukrayna Silahlı Qüvvələri üçün qumbara alınmasına ayırdığı 71 milyon kron (təxminən 10 milyon avro) təyinatı üzrə istifadə edilməyib. Pul sursat istehsal etməyən Hindistan şirkəti ilə əlaqəli qurumun hesabına köçürülüb və vəsaitin geri qaytarılması ilə bağlı müraciətlər nəticəsiz qalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Danimarkanın “Danwatch” nəşri araşdırma dərc edib.

Araşdırmaya görə, Danimarkanın ayırdığı vəsait İtaliyada qeydiyyatdan keçmiş “Datasel” şirkətinə çatıb. Nəşr bu şirkəti şübhəli adlandırır və onun La-Speziya şəhərində Audi avtomobillərinin satışı ilə məşğul olan dilerlə eyni ofisi bölüşdüyünü yazır. Şirkətin Hindistan mənşəli, özünü sursat istehsalçısı kimi təqdim edən şəxslərə məxsus olduğu bildirilir.

Məlumata əsasən, Hindistanlı sahiblər vəsaiti geri qaytarmaqdan imtina edirlər. Sözügedən 71 milyon kron Ukraynaya ayrılmış ümumi dəyəri 300 milyon kronu (təxminən 40 milyon avro) aşan yardım paketinin bir hissəsi olub.

Araşdırmada qeyd olunur ki, qumbara istehsalı üçün nəzərdə tutulan maliyyə öhdəliyi yerinə yetirilməyib, nəticədə Ukrayna ordusu üçün nəzərdə tutulan sursatlar istehsal olunmayıb.

Aydın