Xəbər lenti

Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışı etdilər (FOTOLAR)
Siyasət19:09 30.10.2026

Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışı etdilər (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, PASHA Real Estate Group tərəfindən inşa edilmiş 5 ulduzlu "ART Riverfront Hotel Tbilisi"nin açılışında iştirak ediblər.

Bu barədə Qaynarinfo-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.

Hoteldə müxtəlif kateqoriyalara aid 152 otel otağı və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir.

"ART Riverfront Hotel Tbilisi" PASHA Real Estate Group-un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.