
Azərbaycanın qadınlardan ibarət milli komandasının UEFA Millətlər Liqasının 2027/2028 mövsümündəki rəqibləri bəlli olub.
Qaynarinfo xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma C Liqasının 2-ci qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Latviya, Gürcüstan və Lixtenşteyn olacaq.
Qrup mərhələsində komandalar bir-biri ilə evdə və səfərdə qarşılaşacaqlar.
Qeyd edək ki, liqa mərhələsinin oyunları 2027-ci ilin fevral-iyun aylarında keçiriləcək.