Xəbər lenti

Aeroportların VIP salonlarından istifadə hüququ olan şəxslərin siyahısı dəyişdirildi
Ölkə17:25 03.11.2026

Aeroportların VIP salonlarından istifadə hüququ olan şəxslərin siyahısı dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VIP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı"nın, "Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VIP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı"nın və "Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VIP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişiklik olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan aeroportlarında VIP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısından Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin köməkçiləri çıxarılıb.

Daxili hava daşımaları üzrə Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin rəisi, Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəisi, Naxçıvan hərbi prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin rəisi, Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordu komandanı, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan MR üzrə İdarəsinin rəisi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, Naxçıvan Dövlət Universitetinin rektoru siyahıya daxil olunub.