
Əməkdar artist Zaur Əmiraslanov bir müddət əvvəl efirlərin qadağa qoyduğu müğənniləri tənqid edib.
Qaynarinfo xəbər verir ki, Zaur Əmiraslanov onları keyfiyyətsiz adlandırıb:
"Keyfiyyətsiz müğənnilərin heç biri efirdə yoxdur, hamısı yığışdırılıb. Həmin müğənnilər mənim müzəffər dövlətimə yaraşmır. Onlar efirlərdə olmamalıdır, getsinlər sosial şəbəkələrdə oxusunlar. Onların mahnıları efirlərdə səslənməməlidir. Mən və bir neçə nəfər danışdıq, biz qalib gəldik. Bu bizim ümumi qələbəmizdir".
Zaur Əmiraslanov əlavə edib ki, dövlət fəxri adları müğənnilərə musiqinin keşiyində dayanmaq üçün verir:
"Dövlət bizə fəxri adı nəyə görə verib? Danışmaq üçün, incəsənətin keşiyində dayanmalıyıq. Həmin müğənnilərin oxuduğu musiqilər insanları zombi kimi etmişdi. O ritimlər bizim deyil, Afrika ritmləridir".
Bahar Rüstəmli