Xəbər lenti

Kanada Avropa İttifaqının ilk assosiativ üzvü olacaq
Dünya14:50 31.10.2026

Kanada Avropa İttifaqının ilk assosiativ üzvü olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kanada Avropa İttifaqı ilə tərəfdaşlığını dərinləşdirərək qurumun ilk assosiativ üzvü olmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni hökumətin rəsmi saytında yayımlanan bəyanatında bildirib.

Onun sözlərinə görə, Ottava və Brüssel ortaq dəyərləri bölüşən digər dövlətlərlə birlikdə strateji imkanlarını birləşdirmək və qarşılaşdıqları problemlərin həllində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Karni yeni tərəfdaşlığın vətəndaşlara daha geniş seçim imkanları və aşağı xərclər, bizneslərə əlavə ixrac bazarları, gənclərə isə Kanada və Avropa İttifaqı ölkələrində yaşamaq, işləmək və təhsil almaq üçün yeni fürsətlər yaradacağını vurğulayıb.

Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrda Kanadanın Aİ-nin ilk assosiativ üzvü ola biləcəyini açıqlamışdı. Baş nazir Mark Karni də bundan əvvəl Avropa İttifaqı ilə “unikal alyans” qurmaq niyyətində olduqlarını bildirmişdi.

Aydın