
ABŞ prezidenti Donald Tramp ona qarşı keçirilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Tramp Floridada seçkiqabağı mitinq zamanı çıxış edərkən etiraz edən şəxslərdən birini görüb və onun Soros tərəfindən maliyyələşdirildiyini bildirib.
“Daha bir etirazçı. Onlara Soros pul ödəyir. Bu adam isə ucuz başa gəlir – cəmi 250 dollar. Təsəvvür edirsiniz?”, deyə ABŞ lideri bildirib.
O, etirazçını “uğursuz” adlandıraraq tədbirdən uzaqlaşdırılmasını tələb edib. Tramp həmçinin çıxışlarında əsas fikirlərini səsləndirdiyi anların etirazçılar tərəfindən tez-tez yarımçıq kəsildiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Tramp bundan əvvəl respublikaçıların seçkilərdə qalib gələcəyi təqdirdə hər bir amerikalıya 5 min dollar ödəyəcəyini vəd etmişdi.
Aydın