Xəbər lenti

Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını istəyir
Dünya16:10 31.10.2026

Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın sabiq kansleri Angela Merkel ölkənin növbəti federal prezidentinin qadın seçilməsinin vaxtının çatdığını bildirib. O, bu vəzifəni 77 il ərzində indiyədək heç bir qadının tutmadığına diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, Merkel bu fikirləri “Der Spiegel” jurnalına müsahibəsində səsləndirib.

Ondan hazırkı prezident Frank-Valter Ştaynmayerin mümkün varisləri barədə soruşulub. Sabiq kansler cavabında hər kəsin “Artıq vaxtı çatmayıbmı?” sualı üzərində düşünməli olduğunu deyib.

Merkel Almaniyaya rəhbərlik edə biləcək qadınları tanıdığını bildirsə də, konkret namizədlərin adını açıqlamayıb.

Almaniyada növbəti prezident seçkilərinin 30 yanvar 2027-ci ildə keçirilməsi nəzərdə tutulur. Dövlət başçısını Federal Məclis seçir. Hazırkı prezident Ştaynmayer iki müddət vəzifədə olduğundan qanunvericiliyə əsasən üçüncü dəfə namizədliyini irəli sürə bilməz.

Mümkün namizədlər arasında Bavariya Landtaqının sədri İlze Aiqner, Bundestaqın sədri Yuliya Klekner və təhsil naziri Karin Prienin adları çəkilir.

Qeyd edək ki, Almaniyanın hazırkı kansleri Fridrix Merts də ötən ilin avqustunda ölkə prezidentinin qadın ola biləcəyini bildirmişdi. Həmin dövrdə “Der Spiegel” nəşri Mertsin Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni mümkün namizəd kimi nəzərdən keçirdiyini yazmışdı.

Aydın