
Böyük Britaniya transatlantik qul ticarətindəki tarixi roluna görə rəsmi üzr istəmək məsələsini nəzərdən keçirə bilər. Ölkənin baş naziri Endi Börnham bu ehtimalı istisna etmədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, Börnham bu barədə “The Guardian” qəzetində dərc olunan məqaləsində yazıb.
Baş nazir noyabrın 1-də Antiguada keçiriləcək Birlik ölkələrinin liderlərinin sammitində iştirak edəcək. Bununla yanaşı, Britaniya kralı III Çarlzın Karib hövzəsi ölkələrinə səfəri zamanı bir sıra siyasətçilər və ictimai fəallar monarxı ölkəsinin qul ticarətindəki roluna görə üzr istəməyə çağırıblar.
Börnham bildirib ki, Britaniya transatlantik qul ticarətindən zərər çəkmiş ölkələrlə konstruktiv dialoqa hazırdır. Onun sözlərinə görə, bu proses çərçivəsində Britaniya dövləti adından rəsmi üzr istənilməsi ilə bağlı çağırışlara da baxıla bilər.
Baş nazir qul ticarətini qəddar və barbar cinayət adlandıraraq, bu hadisələrin insanlara yaşatdığı əzablara görə təəssüfünü ifadə edib. Bununla belə, o, tarixi cinayətlərə görə təzminat ödənilməsinin əleyhinə çıxış edib. Börnham hesab edir ki, indiki Britaniya vətəndaşlarının başqa bir dövrdə törədilmiş əməllərə görə məsuliyyət daşıması çətindir.
Aydın