Xəbər lenti

Xətai və Suraxanı rayonlarında qaz olmayacaq
Ölkə20:34 03.11.2026

Xətai və Suraxanı rayonlarında qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, fasilə magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək olacaq.