Xəbər lenti

Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
Ölkə22:07 03.11.2026

Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynada yaşayan soydaşımız yeni vəzifəyə təyin edilib.

Qaynarinfo AZƏRTAC-a istinadla xəbər verir ki, Fərhad Quliyev Kiyev Şəhər Hərbi Administrasiyasının rəis müavini vəzifəsinə təyin olunub.

Fərhad Quliyev sosial media hesabında bildirib ki, ona həvalə edilən vəzifə Kiyevin təhlükəsizliyinin təmini baxımından məsuliyyətlidir.

"Mənə həvalə olunan vəzifənin məsuliyyətini, paytaxtın və dövlətin təhlükəsizliyini təmin etmək üçün səmərəli işin vacibliyini başa düşürəm", - deyə o, əlavə edib.