
2 nəfərin ölümünə səbəb olan Şəki Yaylası istirahət mərkəzinin fəaliyyəti məlum hadisədən sonra tamamilə dayandırılıb.
Qaynarinfonun xəbərinə görə, mərkəzin nümayəndəsi bildirdi ki, hazırda istintaq prosesi getdiyi üçün istirahət mərkəzinin fəaliyyəti ilin sonunadək tamamilə dayandırılıb.
“Ola bilsin ki, ilin sonunda açılar”
Qonaqların xəbərdar olması, kənd və dağ dolaylarındakı yolları gəlib qayıtmaması üçün Şəki Yaylası istirahət mərkəzinin fəaliyyətinin dayandırılması haqda Şəki-Qaraməryəm Bakı magistral yoluna da xüsusi lövhə quraşdırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.