Xəbər lenti

Gənclərin sevimli saç düzümü təhlükə yaradır - Saçlar tökülə bilər
Sağlamlıq08:45 05.11.2026

Gənclərin sevimli saç düzümü təhlükə yaradır - Saçlar tökülə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son illər xüsusilə gənclər arasında populyarlaşan sıx və hamar at quyruğu saç düzümü saçların tökülməsinə və saç xəttinin seyrəlməsinə səbəb ola bilər. Mütəxəssislər bu cür saç düzümündən tez-tez istifadə etməyin təhlükəli nəticələrə yol aça biləcəyi barədə xəbərdarlıq ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

Söhbət saçların geriyə doğru mümkün qədər möhkəm dartılaraq rezin və müxtəlif formaverici vasitələrlə sabitlənməsindən gedir. Bu üsul saçlara səliqəli və hamar görünüş versə də, saç köklərinə davamlı təzyiq göstərir.

Saç ustası Tina Muey bildirib ki, belə saç düzümlərinin əsas risklərindən biri dartılma nəticəsində yaranan alopesiyadır. Bu vəziyyət saç follikullarının uzun müddət gərginliyə məruz qalması nəticəsində yaranır və əsasən alın xətti ilə gicgah nahiyəsində saçların seyrəlməsi ilə müşahidə olunur.

Mütəxəssisin sözlərinə görə, saç tökülməsi adətən bir anda baş vermir. Problem daha çox saçların uzun müddət və müntəzəm şəkildə həddindən artıq dartılmış vəziyyətdə saxlanılması nəticəsində inkişaf edir.

Bununla belə, saç tökülməsinin yeganə səbəbi sıx saç düzümləri deyil. Mütəxəssislər hormonal balansın pozulması, qida maddələrinin çatışmazlığı, güclü stress, xəstəliklər, kəskin çəki itkisi və xroniki yuxusuzluğun da saçların zəifləməsinə təsir göstərə biləcəyini bildirirlər.

Saç baxımı üzrə mütəxəssis Şeyna Reynford isə hamar və sıx saç düzümü seçənlərə saçları həddindən artıq dartmamağı və bu formada uzun müddət saxlamamağı tövsiyə edib.

Onun sözlərinə görə, saç düzümü baş dərisində ağrı, iynələnmə və ya qıcıqlanma yaradırsa, saçları dərhal açmaq lazımdır.

Aydın