Xəbər lenti

SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalandı
Ekonomiks09:09 05.11.2026

SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAE) və "Comstock" şirkəti arasında "Legacy Haynesville" layihəsi üzrə "upstream" aktivlərindəki iştirak payının 20 %-nin, "Western Haynesville" layihəsi üzrə "upstream" aktivlərindəki iştirak payının 15 %-nin, eləcə də "Pinnacle Gas Services LLC"də "Comstock"a məxsus 73 %-lik iştirak payının 15 %-nin əməliyyatların idarə edilməsində iştirak hüququ olmadan alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb.

Qaynarinfo bu barədə SOCAR-a istinadən xəbər verir.

Müqaviləyə əsasən, sövdələşmənin ümumi dəyəri, alış qiymətinə standart düzəlişlərin tətbiqi şərtilə 1,65 milyard ABŞ dolları təşkil edir.

SOCAR-ın "Western Haynesville" layihəsi üzrə kəşfiyyat və hasilat aktivlərindəki iştirak payı beş il keçdikdən və SOCAR həmin aktivlərə yatırdığı investisiyadan 15 % gəlirlilik əldə etdikdən sonra 7,5 %-ə endiriləcək.

Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyən edilib.

Sövdələşmənin yekunlaşması üçün müvafiq dövlət qurumlarından razılıqların alınması və qanunvericiliyə uyğun digər hüquqi prosedurların icrası həyata keçirilir.