
Dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşaraq 107 dollardan aşağı düşüb.
Qaynarinfo xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,64 ABŞ dolları və ya 5,85% azalaraq 106,81 ABŞ dollarına düşüb. Bundan əvvəl Azərbaycan nefti 113,45 ABŞ dollarına ticarət edilmişdi.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 96,16 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,75 ABŞ dolları və ya 5,44 % azalaraq 99,90 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.