Xəbər lenti

İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Siyasət10:37 05.11.2026

İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir".

Qaynarinfo-nun məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciətində deyilir.

"Bu təcrübəmizin 50-dən çox ölkə ilə paylaşılması və artıq müxtəlif ölkələrdə uğurlu tətbiqi "ASAN xidmət"in dövlət xidmətlərinin təşkilində səmərəli institusional model olduğunu sübut edir", - Prezidentin müraciətində deyilir.