Xəbər lenti

"Cənazəm Azərbaycana gətirilməsin, məni yandırın!" - Sərxan Kərəmoğlunun son arzusu
Maqazin11:33 12.11.2026

"Cənazəm Azərbaycana gətirilməsin, məni yandırın!" - Sərxan Kərəmoğlunun son arzusu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

26 il əvvəl özünə Azərbaycanda qəbir hazırlatdırdığını açıqlayan aparıcı-aktyor Sərxan Kərəmoğlu bu dəfə də son arzularından danışıb.

Qaynarinfo xəbər verir ki, aparıcı xarici ölkədə vəfat edəcəyi təqdirdə cənazəsinin Azərbaycana gətirilməsini istəmədiyini, hətta dəfn olunmaq əvəzinə kremasiya edilməsini arzuladığını bildirib.

Sərxan Kərəmoğlu bu istəyini övladlarının Azərbaycanda yaşamaması və özünün də həyatının böyük hissəsini müxtəlif ölkələrdə keçirməsi ilə əlaqələndirib:

"Mən istəmirəm çürüyüm. Övladlarım burada yaşamır, bir ayağım başqa ölkələrdədir. Rusiyada, yaxud da Avropada ölsəm, cənazəmi Azərbaycana gətirən adam kafirdir. Cənazə gəlməməlidir. Müsəlman aləmində kremasiya, meyitin yandırılması olmaz, amma mən istəyirəm. Ən böyük arzumdur ki, dünyanın harasında rəhmətə getsəm, kremasiya olunum. Bu, istəkdir".

Qeyd edək ki, Sərxan Kərəmoğlu iki gün əvvəl 26 il öncə özünə qəbir hazırlatdırdığını açıqlamışdı. Onun son vəsiyyəti ilə bağlı bu açıqlaması da diqqət çəkib.

Bahar Rüstəmli