Xəbər lenti

Arif Mirzəyev vəfat etdi
Ölkə22:29 11.11.2026

Arif Mirzəyev vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, musiqiçi uzunsürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib.

Arif Abdulla oğlu Mirzəyev 10 aprel 1944-cü ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə Qara Qarayevin sinfində təhsil alıb.

​Azərbaycan musiqi tarixində dini-memorial, orqan və polifonik musiqinin əsasını qoyan, Şərq mədəniyyəti ilə Qərb klassik polifoniyasının nadir sintezini yaradan Arif Mirzəyev "İohann Sebastyan Baxın varisləri" beynəlxalq medalına layiq görülüb.