Xəbər lenti

Bayden etiraf etdi: "Xərçəng olduğumu bilsəydim, prezidentliyə namizəd olmazdım"
Dünya18:47 11.11.2026

Bayden etiraf etdi: "Xərçəng olduğumu bilsəydim, prezidentliyə namizəd olmazdım"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın keçmiş prezidenti Co Bayden prostat xərçəngindən əziyyət çəkdiyini seçkilərdən əvvəl bilmiş olsaydı, prezidentliyə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, siyasətçi bu barədə "People" jurnalına müsahibəsində danışıb.

Bayden bildirib ki, səhhətindəki problemlərin xərçənglə əlaqəli olduğunu əvvəlcədən bilsəydi, prezidentlik yarışından çəkilərdi.

“Əgər özümü pis hiss etməyimin səbəbinin xərçəng olduğunu bilsəydim, istefa verərdim. Namizədliyimi irəli sürməzdim. Çünki xərçəng xəstəliyindən əziyyət çəkən 80 yaşlı kişinin prezidentliyə namizəd olmasını düzgün hesab etmirəm”, – deyə keçmiş prezident bildirib.

Bununla belə, Bayden seçkilər zamanı dövlət başçısı vəzifəsi üçün ən uyğun namizədin özü olduğunu düşündüyünü də vurğulayıb.

Qeyd edək ki, prostat xərçəngi diaqnozu qoyulan Bayden daha əvvəl xəstəliyin gündəlik fəaliyyətinə və xatirələr kitabı üzərində işinə təsir etdiyini açıqlamışdı. Onun sözlərinə görə, xəstəlik planlarını tamamilə dayandırmasa da, bəzi işləri ləngidir. Bu səbəbdən siyasətçi “Amerika, mənə söz ver” adlı memuarının təqdimatı ilə bağlı əvvəlcədən nəzərdə tutduğu qədər görüş keçirə bilməyəcəyini bildirib.

Bayden ümid etdiyini deyib ki, kitabında yazılanlar onun fikirlərini oxuculara çatdırmaq üçün kifayət edəcək.

Aydın