Xəbər lenti

Türk nazir: Zəngəzur dəhlizi 4 ilə hazır ola bilər
Siyasət18:25 11.11.2026

Türk nazir: Zəngəzur dəhlizi 4 ilə hazır ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

COP31 çərçivəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin tikintisi və layihənin tamamlanma müddəti ilə bağlı danışıb.

Qaynarinfo xəbər verir ki, nazir Manset.az-a açıqlamasında Zəngəzur dəhlizinin inşası ilə bağlı sualları cavablandırıb.

Abdulkadir Uraloğlu bildirib ki, Türkiyə ərazisində dəhlizin inşası istiqamətində işlərə başlanılıb və müvafiq ərazilərdə tikinti prosesi davam edir:

"Biz Türkiyə tərəfi olaraq Zəngəzur dəhlizinin inşasına başlamışıq. Qars, İğdır, Aralıq, Dilucunda işlər gedir. Azərbaycan olaraq siz də Ermənistan tərəfinə doğru irəliləyirsiniz. Arada qalan 45 kilometrlik hissənin inşasına isə hələ ki başlanılmayıb. Dəhlizin tamamlanması üçün 4 il yaxşı bir müddətdir. 4 ilə hazır ola bilər", deyə Abdulkadir Uraloğlu bildirib.