Xəbər lenti

Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı məktubu göndərdi
Siyasət11:58 10.11.2026

Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı məktubu göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".