Xəbər lenti

Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar
Dünya23:24 09.11.2026

Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Norveç Elm və Texnologiya Universitetinin (NTNU) Universitet Muzeyinin bioloqu Olav Hoqstad Forskning.no nəşrinə açıqlamasında danışıb.

Alimin sözlərinə görə, qar quşlar üçün təbii istilik izolyatoru rolunu oynayır. Məsələn, bəzi quşlar qarın 6-11 santimetr dərinliyində tunellər qazaraq gecələmək üçün sığınacaq yaradırlar. Qaraçöhrələr və qar quşları da oxşar üsullardan istifadə edirlər. Qar örtüyünün altında temperatur açıq havaya nisbətən daha yüksək olduğundan quşlar daha az istilik itirirlər.

Bəzi növlər isə gecələr bir yerə toplaşaraq bir-birinə sıxılırlar. Mütəxəssis bildirir ki, İngiltərədə bir gecəlik sığınacaqda 60-dək quşun bir araya gəldiyi müşahidə olunub. Bu üsul onların soyuq hava ilə təmasda olan bədən səthini azaldaraq istiliyi qorumasına kömək edir.

Bədən temperaturunu 10 dərəcəyədək azaldırlar

Quşların şaxtaya qarşı mübarizəsində fizioloji mexanizmlər də mühüm rol oynayır. Belə ki, bəzi arılarquşu növləri, xüsusilə soyuq gecələrdə bədən temperaturunu təxminən 41 dərəcədən 31 dərəcəyədək endirə bilirlər. Bununla maddələr mübadiləsi zəifləyir və enerji sərfiyyatı azalır.

Lakin temperaturun həddindən artıq aşağı düşməsi təhlükəli olduğundan quşların orqanizmində müdafiə mexanizmi işə düşür. Bədən temperaturu 32 dərəcəyə yaxınlaşdıqda onlar titrəməyə başlayır. Əzələlərin bu hərəkəti əlavə istilik yaranmasına və bədənin daha çox soyumasının qarşısının alınmasına xidmət edir.

Ağacdələnlər şaxtalı gecələri ağac gövdələrində özlərinin oyduğu oyuqlarda keçirir, sürünənquşlar isə ağac qabıqlarının çatlarında və budaqların altında gizlənirlər.

Bioloq vurğulayıb ki, soyuq havalar xüsusilə kiçik quşlar üçün təhlükəlidir. Onların bədən kütləsi az olduğundan istilik itkisi daha sürətli, enerji ehtiyatları isə məhdud olur. Buna görə də sığınacaqlardan istifadə, qrup şəklində gecələmək və maddələr mübadiləsini yavaşlatmaq qışda sağ qalmaq üçün həlledici əhəmiyyət daşıyır.

Aydın