Xəbər lenti

Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO)
Ölkə19:24 09.11.2026

Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində, Famil Rzayevə məxsus birmərtəbəli yaşayış evində qeydə alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan evin 16 kvadratmetrlik hissəsi yanıb.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölməsinin əməkdaşları alovu söndürərək onun digər tikililərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.