Xəbər lenti

İzmirdə zavodda partlayış: Ölənlərin sayı 6-ya çatdı (VİDEO)
Dünya15:53 09.11.2026

İzmirdə zavodda partlayış: Ölənlərin sayı 6-ya çatdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.

Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı İzmir Valiliyi məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində 13 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Bundan başqa, dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları, təcili tibbi yardım qrupları və polis əməkdaşları cəlb olunub.

Partlayışın başvermə səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.