Xəbər lenti

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
Ölkə17:31 09.11.2026

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O deyib ki, Xəzər dənizinin çəkilməsi məsələsi ən mürəkkəb mövzulardan biridir:

"Həm pavilyonda, həm də digər məkanlarda keçirilən tədbirlərdə bu məsələni gündəmə gətirəcəyik. Çalışacağıq ki, dünya təşkilatları və maliyyə institutlarının bu məsələyə marağı artsın".