
Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orban insan alverində şübhəli bilinərək saxlanılıb. Bu barədə ölkənin hazırkı baş naziri Peter Macar məlumat yayıb.
Qaynarinfo xəbər verir ki, Macar bu barədə “Facebook” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Onun sözlərinə görə, mətbuatda yayılan məlumatlara əsasən, Aron Orban hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda Macarıstanın Aktivlərin Qaytarılması və Mühafizəsi İdarəsi, eləcə də Milli İstintaq Bürosu araşdırmaları davam etdirir.
Viktor Orban isə baş verənlərə münasibət bildirərək bunu “çirkli oyun” adlandırıb. O, yeni hökumətin əsas məqsədinin siyasi rəqibini aradan götürmək və ölkədə birpartiyalı sistem qurmaq olduğunu iddia edib.
“Əsl hədəf mənəm, qardaşım isə sadəcə vasitədir”, deyə keçmiş baş nazir bildirib.
Bununla belə, “Economx” nəşri yazır ki, Macarıstanın rəsmi qurumları Aron Orbanın saxlanılması faktını və bunun səbəbini hələlik təsdiqləməyib.
Məlumata görə, Budapeştdə və Peşt vilayətinin iki yaşayış məntəqəsində hüquq-mühafizə orqanlarının birgə əməliyyatı keçirilib. Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. “Kontroll” nəşri Aron Orbanın da həmin əməliyyatla əlaqəli ola biləcəyini yazıb.
Aydın