Xəbər lenti

Azərbaycan Türkiyəyə başsağlığı verdi
Siyasət20:29 09.11.2026

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb.

Qaynarinfo xəbər verir ki, bəyanatda deyilir:

"Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk".