Xəbər lenti

Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi
Ölkə19:56 09.11.2026

Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Tariyel Məmmədov 77 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, o, 1994-2014-cü illərdə sözügedən vəzifədə çalışıb.

T. Məmmədov bu müddətdə Şəmkirin keçmiş icra başçıları Aslan Aslanov (1993-2005) və Nazim Veysovun (2005-2014) birinci müavini olub.

Qeyd edək ki, T. Məmmədov 2006-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.