Xəbər lenti

Hakimlərimiz beynəlxalq “B” kateqoriyası qazandılar
İdman22:15 09.11.2026

Hakimlərimiz beynəlxalq “B” kateqoriyası qazandılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın cüdo hakimləri İslam Nəcəfquliyev və Vilayət Rəhimli Macarıstanın Dyör şəhərində keçirilən imtahanları uğurla başa vuraraq “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim adını qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından Qaynarinfo-a verilən məlumata görə, noyabrın 6–8-də Beynəlxalq Cüdo Federasiyasının (IJF) seminar və imtahan proqramında iştirak edən hakimlərimizin nəzəri bilikləri və praktiki hazırlığı qiymətləndirilib.

Seminar çərçivəsində yarış qaydalarının tətbiqi, texniki hərəkətlərin qiymətləndirilməsi və müxtəlif görüş vəziyyətlərində hakim qərarlarının verilməsi video nümunələr əsasında təhlil olunub.

Praktiki sınaqlar noyabrın 7–8-də Dyördə keçirilən yeniyetmələr arasında Avropa Kuboku zamanı təşkil edilib. Bu mərhələdə İslam Nəcəfquliyev və Vilayət Rəhimlinin qaydaları düzgün tətbiq etməsi, tatamidə mövqe seçimi, qərarların ardıcıllığı və görüşlərin idarə olunması bacarıqları qiymətləndirilib.

Bütün mərhələləri uğurla tamamlayan Azərbaycan hakimlərinə “B” kateqoriyalı beynəlxalq dərəcəni təsdiqləyən diplom, həmçinin müvafiq qalstuk və döş nişanları təqdim olunub