Xəbər lenti

Xankəndi stadionunda ilk rəsmi oyun noyabrın 19-da keçiriləcək
İdman10:35 10.11.2026

Xankəndi stadionunda ilk rəsmi oyun noyabrın 19-da keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat bəlli olub.

Qaynarinfo Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, I Liqanın VIII turu çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları bu arenada üz-üzə gələcəklər.

Qarşılaşma noyabrın 19-da saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Xankəndi" klubu bundan sonra ev oyunlarını da bu stadionda keçirəcək. MOİK-in Xankəndi şəhər stadionundan istifadəsinə isə qış fasiləsindən sonra başlanılması nəzərdə tutulur.