
Əməkdar artist Firuzə İbadovanın səhhəti stabil-ağır olaraq qalır.
Bu barədə Qaynarinfo-ya müğənninin qızı Hulya İbadova məlumat verib.
O, anasının səhhətində heç bir irəliləyişin olmadığını vurğulayıb:
"Səhər xəstəxanaya gedirik, həkimlər baxır, müayinə edir, sonra da evə qayıdırıq. Yeni toxumalar hələ bərpa olunmayıb".
Hulya İbadova Firuzə İbadovanın müalicəsi ilə bağlı sənət adamlarının aidiyyatı qurumlara etdiyi müraciətlərin cavabsız qaldığını xatırladıb.
Qeyd edək ki, Əməkdar artist Firuzə İbadovanın səhhətində ciddi problemlər yaranıb. Müğənni bir-birinin ardınca iki dəfə əməliyyat olunub. Üçüncü əməliyyatın aparılması gündəmdə olsa da, həkimlər hələ bunun qorxulu olduğunu deyirlər.
Bahar Rüstəmli