
Astarada idarəetməni itirən mikroavtobus aşıb.
Qaynarinfo APA-ya istinadla xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.
Astara istiqamətində hərəkətdə olan "QazEl" markalı mikroavtobus Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar.
Marşrutda 20-ə yaxın sərnişin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.