Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşdü
Ekonomiks09:50 11.11.2026

Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya bazarlarında Azərbaycan nefti ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,50 ABŞ dolları və ya 1,49% azalaraq 99,40 ABŞ dollarına düşüb. Bundan əvvəl Azərbaycan nefti 100,90 ABŞ dollarına ticarət edilmişdi.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 90,56 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,05 ABŞ dolları və ya 1,09 % azalaraq 95,13 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.