Xəbər lenti

Laçında təbiətin ağ rəngli tablosuna çevrilən tənha ağac... – FOTO
Ölkə21:50 10.11.2026

Laçında təbiətin ağ rəngli tablosuna çevrilən tənha ağac... – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gündür dağlıq ərazilərdə müşahidə olunan qar Laçın rayonunu da ağ örpəyə bürüyüb.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın şəhəri və ətraf kəndlərdə payızın rəngləri qarın ağlığı ilə əvəzlənib.
Qara bürünən dağlar, qarla dolan dərələr əsrarəngiz mənzərə yaradıb.

Rayonun Quşçu kəndində isə qarın yaratdığı mənzərə xüsusilə diqqət çəkib. Dağ yamacındakı tənha ağac da qarla örtülərək sanki təbiətin ağ rəngli tablosuna çevrilib.

Dağların buluda söykəndiyi bu mənzərə payızla qışın qovuşduğu an Laçının füsunkar təbiətinə ayrı bir gözəllik qatıb.