Xəbər lenti

"Turan" voleybol komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb
İdman19:35 10.11.2026

"Turan" voleybol komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qadın voleybolçulardan ibarət "Turan" klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstanın "Maritsa" kollektivini qəbul edib.

Tovuz Olimpiya İdman Kompleksindəki qarşılaşma "Turan"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda "Turan" səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan təmsilçisi CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.