Xəbər lenti

BEA ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib
Ölkə22:57 10.11.2026

BEA ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq Enerji Agentliyi (BEA) ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə BEA-nın rəhbəri Fatih Birolla Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında fikir mübadiləsi aparılıb.

"Biz Antalyadakı müzakirələrin Bakıdakı COP29-un nəticələrinə, o cümlədən Qlobal Enerji Saxlanması, Şəbəkələr Öhdəliyinə və əvvəlki digər COP-ların nəticələrinə necə əsaslana biləcəyi barədə danışdıq", - F. Birol "X" sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, görüş Türkiyədə keçirilən COP31 çərçivəsində baş tutub.