
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Azərbaycanla Türkiyənin turizm sahəsində əməkdaşlığından və iki ölkənin COP31-də təmsilçiliyindən danışıb.
Qaynarinfo xəbər verir ki, nazir COP31 çərçivəsində Manşet.az-a müsahibəsində iki ölkə arasında turizm sahəsində qarşılıqlı investisiyaların həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə son dövrlər bir çox istiqamətdə olduğu kimi, turizm sahəsində də birgə fəaliyyət göstərir.
Ersoy qeyd edib ki, Azərbaycanın COP31-də iştirakı yüksək səviyyədə təşkil olunub və hər iki ölkənin pavilyonu tədbir iştirakçılarının diqqətini cəlb edən məkanlar sırasındadır.
Nazir Azərbaycan və Türkiyə pavilyonlarının COP31-də yanaşı yerləşməsi ilə bağlı suala cavabında isə iki ölkə arasındakı münasibətləri xarakterizə edən ifadə işlədib:
“Əlbəttə, Türkiyə və Azərbaycan hər yerdə yan-yanadır”.