Xəbər lenti

"100-150 toyuğu olan kənd xanımları narahat olmasınlar" - Assosiasiya sədri
Ölkə17:18 11.11.2026

"100-150 toyuğu olan kənd xanımları narahat olmasınlar" - Assosiasiya sədri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"100-150 toyuğu olan kənd xanımları narahatçılıq keçirməsinlər. Qərar öz istehlakı üçün toyuq saxlayanlara şamil olunmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli kəndlilərin istehsal etdiyi yumurtaya vergi tətbiq ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Assosiasiya sədri bildirib ki, hazırda müzakirə olunan vergi məsələsi əsasən vergi ödəyicilərinə aiddir:

"Əsasən böyük sənaye fabrikləri vergi ödəyəcəklər. Onların qazancının 90 faizi vergidən azaddır, qalan 10 faizinin vergisi ödəniləcək. Kəndlilərə gəlincə, bu məsələyə kütləvi şəkildə yanaşılsa, məsələn, həyətində 2000-3000 toyuq saxlayan, onlardan yumurta əldə edərək və ya toyuq ətini sataraq gəlir qazanan şəxslər vergi ödəməlidir. Amma kənddə 20, 30, 50 və ya 100 toyuq saxlayaraq öz ərzaq tələbatını ödəyənlər üçün, mənim fikrimcə, vergi nəzərdə tutulmayacaq".

Mürvət Həsənli əlavə edib ki, yumurta və toyuq əti satışı ilə məşğul olmayan kəndlilər vergiyə cəlb edilməyəcəklər:

"Düşünürəm ki, yaxın müddətdə bu kimi məsələlərə aydınlıq gətiriləcək".

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının uçot sistemində dəyişiklik edilir. Yeni qaydalara əsasən, bundan sonra kəndlilərin istehsal etdiyi hər litr süd və hər yumurta uçota alınacaq.

Bahar Rüstəmli