Xəbər lenti

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Dünya19:22 11.11.2026

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

KTMT ölkələri Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Ermənistan bir neçə ildir öhdəlikləri yerinə yetirmir.

“Bu məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib. Ermənistan bir neçə ildir öhdəliklərini yerinə yetirmədiyinə görə təşkilatın nizamnaməsinə əsasən onun səsvermə hüququndan, həmçinin KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif olunub və bu qərar qəbul edilib”, – deyə Peskov bildirib.