
Xaçmaz rayonunun Xudat şəhərində avtomobil qəfildən yanıb.
Qaynarinfo xəbər verir ki, “Hyundai Accent” markalı avtomaşın hərəkətdə olarkən qəfil yanmağa başlayıb.
FHN-nin Xudat Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə çatanacan avtomaşının ön hissəsi tam yanıb.
Alovun yaranma səbəbi araşdırılır.