Xəbər lenti

Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır"
Ölkə21:21 11.11.2026

Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Uşağı tərbiyə etmək və ya intizamı qorumaq adı ilə ona qarşı fiziki və psixoloji zorakılığa yol verən valideynlər və digər məsul şəxslər 200 manat cərimələnə bilər.

İnzibati Xətalar Məcəlləsinin 525-1-ci maddəsinə əsasən, uşağı tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi ona fiziki və ya psixoloji zorakılıq göstərilməsinə görə 200 manat cərimə nəzərdə tutulur. Uşağa qarşı cismani cəza tətbiq edən valideynlər, onları əvəz edən şəxslər, eləcə də uşaqlara nəzarət etmək vəzifəsi daşıyan müəssisələrin işçiləri inzibati məsuliyyətə cəlb edilə bilərlər. Bu qayda təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və istirahət müəssisələrinin, həmçinin penitensiar müəssisələrin əməkdaşlarına da aiddir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, istər valideyn, istərsə də müəssisə əməkdaşı olsun, uşağa qarşı zorakılıq tətbiq edən şəxs mütləq cəzasını çəkməlidir:

"Hətta deyərdim ki, azdır belə. Psixoloji zorakılıq olan uşaqların sayı bilirsiniz nə qədərdir? Bəs onların kim cəriməsini tətbiq edəcək? Bunları necə aşkar edəcəklər? Heç olmasa ən azından cismani zorakılıq, işgəncənin qarşısının alınması məqsədilə bu addım ilkin olaraq bir xəbərdarlıq cəzasıdır, cəriməsidir",

Kəmalə Ağazadə bu kimi halların yalnız şikayət əsasında üzə çıxacağını vurğulayıb:

"Və ya uşaq hansısa yoxlama zamanı ətrafdan kiminsə müşahidəsi nəticəsində aşkarlanacaq. Daha çox belə hallar məktəb, təhsil və səhiyyə müəssisələrində və qonşular tərəfindən aşkarlanan məqamlardır. Amma bunun təsdiqini tapacaq məsələlər bir az qaranlıqdır. Çox vaxt uşaqlar cismani onlara zərər verən insanların doğmaları olduğuna görə onlar haqqında şikayət vermirlər".

Bahar Rüstəmli