
2026–2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələr əsas trendlərdən biri olacaq. Xüsusilə jokey üslublu, geniş boğazlı və yumşaq büzməli, eləcə də dar boğazlı və incə burunlu modellər diqqət çəkəcək.
Stilist 70-ci illərin estetikasını əks etdirən ayaqqabıların da aktuallığını qoruyacağını bildirib. Bu sıraya zamşa çəkmələr, kazak üslublu modellər və alçaq, rahat dabanlı ayaqqabılar daxildir.
Denisük qeyd edib ki, tokalı bayker botları, sadə dəri çəkmələr və outdoor üslubunda hazırlanan praktik modellər də mövsümün seçimləri arasında olacaq. Rəng seçimində isə şabalıdı, konyak, şokolad, bordo və klassik qara tonlarına üstünlük veriləcək. Timsah dərisini xatırladan teksturalar və zamşa səthlər də dəbdə olacaq.
Stilist qış üçün yalnız bir cüt ayaqqabı almaq imkanı olanlara sadə dizaynlı, hündür dəri çəkmələri tövsiyə edib. Onun fikrincə, belə modellər müxtəlif geyimlərlə asanlıqla uyğunlaşır və bir neçə mövsüm ərzində aktuallığını itirmir.
Aydın