
2026-cı ilin payızında rusiyalılar üst geyimləri seçərkən daha çox qara və qəhvəyi rənglərə üstünlük verirlər. Araşdırmaya əsasən, mövsümlərarası üst geyimlərinin 72 faizi dörd neytral rəngin payına düşür.
Qaynarinfo xəbər verir ki, bu barədə qarderobun rəqəmsallaşdırılması və təhlilinə imkan verən “YeetStyle” tətbiqinin analitikləri “Gazeta.Ru”ya məlumat veriblər.
Reytinqdə ilk yeri qara rəng tutur. Mövsümlərarası üst geyimlərinin 25,8 faizi bu rəngdədir. İkinci sırada 18,7 faizlə qəhvəyi, üçüncü yerdə isə 14,1 faizlə bej rəngi qərarlaşıb. Boz rəng 13,8 faiz göstərici ilə dördüncü yeri tutub.
Parlaq rənglərə maraq isə nisbətən aşağıdır. Mavi rəngin payı 8,1 faiz, ağ rəngin 6,3 faiz, yaşılın 5,2 faiz təşkil edir. Qırmızı rəng 3,2 faiz, çəhrayı isə 2,6 faiz göstərici ilə siyahının sonlarında yer alıb. Digər rənglərin ümumi payı 2,2 faizdir.
Araşdırmaya istifadəçilərin tətbiqdə “yaz/payız üst geyimləri” kateqoriyasına daxil etdiyi gödəkçələr, plaşlar, paltolar və digər geyimlər daxil edilib.
Tətbiqin yaradıcısı Anna Bakaykinanın sözlərinə görə, qara, bej və boz rənglər müxtəlif geyimlərlə asanlıqla uyğunlaşdığı üçün populyarlığını qoruyur. Bununla yanaşı, bu il qəhvəyi rəngə maraq xüsusilə artıb. Onun müşahidəsinə görə, klassik qara gödəkçələri getdikcə daha çox şokolad, karamel və qəhvə çalarlarında olan modellər əvəz edir.
Aydın