
Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
Qaynarinfo xəbər verir ki, avtoqəza rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisədə bir nəfər ölüb. Qəza nəticəsində dörd nəfər – Neftçala rayon sakinləri – 1954-cü il təvəllüdlü Atakişi Sabir oğlu Hüseynov, Mələysuma Şahbaz qızı Hüseynova (1957), Günel Atakişi qızı Məlikova (1981) və Salyan rayon sakini Nurlan Anar oğlu Məmmədov (2004) xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.