Xəbər lenti

Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşları deportasiya olundular
Ölkə20:54 23.10.2026

Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşları deportasiya olundular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanda qanunsuz immiqrantlara qarşı keçirilən növbəti reydlərdən sonra 48 əcnəbi saxlanılıb.

Qaynarinfo xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşları da var.

Qanunsuz immiqrantlar restoranlarda, hotellərdə və digər yerlərdə aparılan immiqrasiya yoxlamaları nəticəsində müəyyən edilib.

İlin əvvəlindən bəri 3000-dən çox əcnəbi Gürcüstandan deportasiya edilib ki, bu da 2025-ci ilin bütün göstəricisindən təxminən 2,5 dəfə çoxdur.