Xəbər lenti

Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır
Ölkə16:25 23.10.2026

Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oğuzda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilən şəxsin həbsinə qərar verilib.

Qaynarinfo-nun məlumatına görə, 1994-cü il təvəllüdlü T.Nəsibov Nəsib oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Məhkəmə hökmünün icrası üçün onun probasiya şöbəsinə gəlməsi tələb olunsa da, T.Nəsibov qeydiyyatda olduğu ünvanda tapılmayıb. Atası Nəsib Nəsibov oğlunun olduğu yer barədə məlumatının olmadığını, sonuncu dəfə telefonla danışarkən onun Türkiyədə olduğunu bildirdiyini deyib.

Araşdırmalar zamanı T.Nəsibovun İstanbul şəhərinə getdiyi və Azərbaycana qayıtmadığı müəyyən edilib. Onun yerinin müəyyənləşdirilməsi istiqamətində görülən tədbirlər nəticə vermədiyindən barəsində axtarış elan olunub.

Oğuz Rayon Məhkəməsi təqdimatı təmin edərək T.Nəsibovun təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi məsələsinə baxılması məqsədilə 7 gün müddətinə tutulması barədə qərar qəbul edib. Qərarın icrası Oğuz Rayon Polis Şöbəsinə həvalə olunub.

Aydın