Xəbər lenti

Fərhad Xəlilov: Ordenin şəkilini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim
Ölkə14:49 23.10.2026

Fərhad Xəlilov: Ordenin şəkilini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq rəssamı Fərhad Xəlilov ordenin şəklini hazırlayarkən nə vaxtsa həmin ordenlə təltif olunacağını düşünmədiyini bildirib.

Qaynarinfo xəbər verir ki, Xalq rəssamı bunu Prezident İlham Əliyevin ona "İstiqlal" ordenini təqdim edərkən deyib.

"Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam", deyə Fərhad Xəlilov bildirib.

Prezident İlham Əliyev isə cavabında bildirib: "Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz."